davenova

Onlayn toy dəvətnaməsi

Kağız dəvətnamə çap etdirib yüzlərlə qonağa bir-bir paylamaq artıq lazım deyil. Davenova-da toy dəvətnaməsi bir linkdir: qonaq onu WhatsApp-da açan kimi musiqi çalır, toya qalan günlər sayılır, xəritə restoranın yolunu göstərir. Qonaq gəlib-gəlməyəcəyini bir toxunuşla bildirir, siz isə kimin, neçə nəfərlə gələcəyini hazır siyahıda görürsünüz. Dəvətnamə AZ, RU və EN dillərində açılır, ona görə xaricdəki qohumlarınız da rahat oxuyur.

Özünüz: 9.90 AZN. Biz hazırlayaq: 35 AZN, 12 saata hazır.

Toy dəvətnaməsi

Toy dəvətnaməsi şablonları

Şablona toxunun, canlı açılsın. Rəngini studiyada dəyişə bilərsiniz.

Necə hazırlanır?

  1. 1

    Şablonu seçin

    Bəyəndiyiniz dizaynı və rəngi seçin, studiyada canlı baxın.

  2. 2

    Məlumatları yazın

    Adlar, tarix, saat, məkan, şəkillər və musiqi. Dəyişikliyi elə telefonda görürsünüz.

  3. 3

    Linki göndərin

    Ödənişdən sonra link, QR kod və story şəkli açılır. Qonaqların cavabları siyahıya özü düşür.

Dəvətnamədə nələr var

  • Musiqi
  • Geri sayım
  • Məkanın xəritəsi
  • Qonaq təsdiqi (RSVP)
  • Foto qalereya
  • AZ, RU və EN dilləri
  • QR kod
  • Story şəkli
  • Excel qonaq siyahısı

Toy dəvətnaməsi mətni nümunələri

Kopyalayın, adları, tarixi və məkanı öz məlumatlarınızla dəyişin.

Hörmətli qonaqlarımız! Sizi oğlumuz Elvin və gəlinimiz Aysunun toy mərasimində görməkdən şərəf duyarıq. Mərasim 14 iyun, saat 18:00-da "Gülüstan" sarayında keçiriləcək.
Əziz dostlar! Həyatımızın ən xoşbəxt gününü sizinlə bölüşmək istəyirik. Nərmin və Rauf sizi toy məclisinə dəvət edir. Gəlişinizi aşağıdakı düymə ilə təsdiqləyin.

Tez-tez soruşulanlar

Limit yoxdur. Eyni linki istədiyiniz qədər qonağa göndərə bilərsiniz, hamısının cavabı bir siyahıya düşür.

Məkanın adını və ünvanını yazırsınız, dəvətnamədə xəritə düyməsi çıxır. Qonaq ona basanda Google Maps və ya Waze açılır.

Çap xərci yoxdur, paylamağa vaxt getmir, ünvan və ya saat dəyişsə hamıda dərhal yenilənir. Kimin gələcəyini də əvvəlcədən bilirsiniz.

Studiyada özünüz hazırlasanız 9.90 AZN. Hazırlamağı bizə tapşırsanız 35 AZN, 12 saata hazır olur. Önizləmə pulsuzdur, ödəniş hər şey hazır olanda edilir.

Ödənişdən sonra şəxsi link, QR kod və story şəkli alırsınız. Linki WhatsApp, Instagram və ya Telegram-da istədiyiniz qədər adama göndərə bilərsiniz.